Bakı metrosunda təhlükə mənbəyi - FOTO

Bakı sərnişinləri açılışını həsrətlə gözlədikləri metro stansiyasında nələrin baş verəcəyindən xəbərsizdirlər. Sərnişin metronun təmir olunan "28 May" stansiyasında başına gələnləri Milli.Az-a yazıb.

Oxucu yazır ki, stansiyada yerə döşənmiş yeni qranit daşlar, az qalsın, onun ölməsinə və ağır xəsarət almasına səbəb olacaqdı. Ətrafdakı insanların köməyi onu xilas edib.

"Stansiyanın döşəməsinə vurulmuş daşlar sürüşkəndir. Ayağı qoyan kimi sürüşürsən. Ötən gün qatardan düşüb ayağımı həmin daşın üzərinə qoyan anda sürüşdüm. Həddindən artıq sürüşkən olan daşlar gələcəkdə böyük fəsadlar törədəcək", - deyə oxucu yazır.

Məsələ ilə bağlı Bakı Metropolitenindən münasibət öyrənmək mümkün olmadı. Gün ərzində Metropolitenin mövqeyini öyrənməyə çalışacağıq.

AzNews.az
image description