- Köhnə - Hadisə
- 28 Oktyabr 2013 10:45
- 3 885
Tale Bağırzadənin məhkəməsində qalmaqal - Saxlanılanlar var
Onun yaxınları məhkəmə binasının qarşısına toplaşıblar, ancaq məhkəmə açıq olsa da, qapı arxasında qalıblar.
Xatırladaq ki, T.Bağırzadə narkotik maddə saxlamaq ittihamı ilə həbs olunub. Onun vəkilləri, eləcə də ictimaiyyət ittihamın qurama olduğunu bildirirlər. Onların və bir sıra insan haqları təşkilatlarının qənaətinə görə, T.Bağırzadə vicdan məhbusudur.
Qeyd edək ki, Tale Bağırovun məhkəməsi oktyabrın 14-də başlanıb. İttiham olunan tərəf bir neçə vəsatət qaldırsa da, heç biri təmin olunmayıb və məhkəmə bu günə təyin edilib.
Polis məhkəməyə gələnləri əraziyə daxil olmağa imkan vermir. Buna etiraz edən 12-13 nəfər isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölmələrinə aparılıb.(musavat.com)
AzNews.az