“Qanun” Nəşrlər Evi bəyanat yaydı

AzNews.az xəbər verir ki, "Qanun" Nəşrlər Evi bəyanat yayıb.

Bəyanatda deyilir:

"Bəzi media vasitələri "QANUN nəşriyyatının fəaliyyəti dayandırıldı!" deyə məlumatlar yayıb. Bəyan edirik ki bu məlumat həqiqətə uyğun deyil. Nəşriyyat fəaliyyətini davam etdirir. Birinci gündən hər kəs iş başında olacaq. Vergi əməkdaşlarının redaksiyamızdakı əməliyyat-axtarış tədbirləri ilə bağlı isə ətraflı məlumat verəcəyik".

AzNews.az