Sırkdə faciə: canavar tamaşaçılara hücum etdı

Samara sirkində böyük bir canavar zala cumub və tamaşaçını dişləyib. Bu olay Tolyatti sirk kollektivinin Samarada qastrolları zamanı baş verib.
AzNews.az NTV-yə istinadən xəbər verir ki, İnqilab küçəsində, "Saturn" kinoteatrının yaxinlığında küçədə numayiş etdiriləın sirkdə uşaqlar da olmaqla çoxlu tamaşaçı olub. Canavarların nömrəsi zamanı böyük bir canavar qəfildən arenadan kənara sıçrayaraq tamaşaçılar tərəfə cumub. Səhnədə heç bir qoruyucu çəpər olmayıb. Təlimçi də canavarı saxlaya bilməyib. Şahid ifadəsinə görə canavar tamaşaçılardan birini qapmağa macal tapıb. Bu hadisədən sonra samaralılar Tolyatti sirkinin planlaşdırılmış nümayişlərinə etiraz ediblər.

Keçən il də Tolyatti sirkində buna bənzər hadisə olub. Hepardın balası iki qiz uşağında həmişəlik qalacaq çapıqlar qoyublar.

AzNews.az