Bakıda ağır yol qəzası: ölənlər var

Bakıda dəhşətli yol qəzası baş verib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə səhərə yaxın Hövsan yolunda qeydə alınıb.

175 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı marşrut avtobusu yolu keçən iki nəfəri – 1974-cü il təvəllüdlü Təranə Hidayət qızı Cəlilova və 1968-ci il təvəllüdlü Şahnaz Xanış qızı Rəhimovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


AzNews.az