Velosipedçi qəzaya düşdü: vəziyyəti ağırdır

Bu gün səhər saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İkinci Nügədi rayonunda qeydə alınıb.

Velosipedlə hərəkətdə olan kənd sakini, 1974-cü il təvəllüdlü Eldəniz Əlihüsynovu həmkəndlisi Qasımov Rəşid Kərimulla oğlu idarə etdiyi 90 KH 604 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşınla vurub. E. Əlihüseynov Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzNews.az