Nazirlik Altıağacdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 7-də Altıağac Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə,

Xızı rayonu, Altıağac qəsəbəsində (rayon mərkəzindən 26 km aralı) "Altıağac Milli Park"ına məxsus ərazisində baş vermiş yanğın nəticəsində 3 ha xəzəl, dağlıq ərazidə 8 ha kol-kos və quru ot yanıb.

"Altıağac Milli Park"ının ərazisi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az