- Köhnə - Hadisə
- 11 Noyabr 2013 21:27
- 3 216
Hacıqabulda yük avtomobilləri toqquşdu
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "FORD" markalı yük avtomobilinin sürücüsü və avtomobildə olan sərnişini qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qayadlarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ilə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.
AzNews.az