Raket yanacağı ilə zəhərlənmədən iki zabit öldü

AzNews.az NTV - yə istinadən xəbər verir ki, raket yanacağından zəhərləndiyinə görə Arxangelsk vilayətindəki Pleseçk kosmodromunda iki zabit ölüb. Bir neçə nəfər hərbiçi isə qospitala yerləşdirilib. Hadisə raket yanacağının komponentləri ilə ehtiyatsız davranmağa görə baş verib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə hərbiçilər azot buxarlarından zəhərləniblər.
Sankt - Peterburqdan Kirov adına hərbi - tibbi akademiyanın həkim - toksikoloqları xüsusi avadanlıqlarla Mirnıy şəhərindəki qospitalda yerləşdiriləın zəhərlənənlərə ixtisaslaşmış tibbi yardım göstərmək üçün gəliblər.

AzNews.az