Altay Göyüşov auditoriyadan çıxarıldı


Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi Altay Göyüşovun işdən çıxarılır.


Bu barədə Altay Göyüşov özü isə Facebook səhifəsində məlumat verib:

"Bu gün universitet rəhbərliyi öz ərizəmlə işdən çıxmağımı istədi. Sonra isə dərsin ortasından auditoriyadan çıxarıldım. (Səbəb isə Facebook). Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır".

Tarix elmləri doktoru olan A.Göyüşov 1989-cu ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində müəllim işləyib. 4 proqram, 1 metodik vəsait, 2 monoqrafiyanın müəllifidir.

Elnur
AzNews.az