- Köhnə - Hadisə
 - 13 Noyabr 2013 09:47
 - 2 650
 
Zakir Həsənov daha bir generalı işdən uzaqlaşdırdı - EKSKLÜZİV
            AzNews.az-ın məlumatına görə, Zakir Həsənovun sərəncamı ilə nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən uzaqlaşdırılıb və o sərəncama göndərilib.
R. Cəfərov bu vəzifədə 2004-cü ildən xidmət edib. O, ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilmişdi.
Qeyd edək ki, ondan əvvəl isə bu idarəyə general-leytenant Talıb Məmmədov rəhbərlik edib.
Azər
AzNews.az