General Zakir Həsənovun həyat yoldaşının işi Baş Prokurorluqda General Zakir Həsənovun həyat yoldaşının işi Baş Prokurorluqda

ŞOK! 3 güc nazirliyinin ortaq əməliyyatı - EKSKLÜZİV

General Zakir Həsənovun həyat yoldaşının işi Baş Prokurorluqda

Dünən Respublika Baş Prokurorluğu Sumqayıt Ağac Emalı ASC – nin sabiq sədri Qeys Kərimov və direktoru Haqverdi Məmmədov barəsində toplanan əməliyyat-istintaq materiallarını Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında İbtidai Cinayətlərin İlkin Araşdırılması Departamentinə göndərib.
AzNews.az-a daxil olan məlumata görə, Qeys Kərimov və Haqverdi Məmmədov onların səhmdar cəmiyyətinə investisiya yatıran Azərbaycan Respubikası Daxili Qoşunlarının komandanı, general-leytenant Zakir Həsənovun həyat yoldaşı Aidə Həsənovaya 500 min avro, Sumqayıt şəhər sakini Tanrıverdiyeva Nəsibə Əli qızına isə 78 min manat pul atıblar. Bu xanımlar qoyduqları investisiyadan nə divident ala biliblər, nə də pulun özünü.
Məlumatda qeyd olunur ki, xanımların şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi onların şikayətini qəbul edərək toplanmış materialları Baş Prokurorluğa göndərib. Öz növbəsində Baş Prokurorluq da sənədləri yoxlamaq üçün Vergilər Nazirliyinə təqdim edib.

Mövzunu diqqətdə saxlayacağıq.
S. Xasmamedov
AzNews.az

Copyright © 2024