- Köhnə - Hadisə
- 26 Noyabr 2013 14:55
- 2 356
DİN təkzib edir: “O, MTN-nin əməkdaşı deyil”
Qeyd edək ki, məlumatda V.Rəcəbovu qonşular tərəfindən MTN əməkdaşı kimi tanındığı, qayınatası Yusif Abdullayevin uzun müddət Polis Akademiyasında dekan olduğu bildirilirdi.
DİN-in mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, B.Rəcəbov hüquq-mühafizə orqanlarının əməkdaşı olmayıb: "Ola bilsin ki, o özünü elə təqdim edib. Amma bu həqiqəti əks etdirmir". Məlumatda qeyd edilir ki, bəzən cinayətə meylli şəxslər özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edirlər, hətta buna inandırmaq üçün saxta vəsiqələr də hazırlayırlar: "Məsələn, noyabrın 25-də Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Cəfərlinin saxlanılıb. Ondan öz adına olan 1 ədəd Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı vəsiqəsi, 1 ədəd ÇPA-nın polis serjantı vəsiqəsi, 1 ədəd saxta sürücülük vəsiqəsi, 1 ədəd "Kenwood" markalı rabitə vasitəsi, içərisində saxta sənədlərin fotosürətləri olan flaşkart, 0,267 qram heroin və 5,24 qram marixuana götürülüb.
Heç bir cəmiyyət belə hallardan sığortalanmayıb. Belə halların aşkarlanmasında hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaşların da fəal olması cinayətkarlığa qarşı mübarizəni gücləndirər. Odur ki, hər bir vətəndaş bu məsələlərdə diqqətli olmalıdır".
Azər
AzNews.az