Cəbhədə gərginlik davam edir

Xocavənd istiqamətində atəşkəs rejimi pozulub.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az