- Köhnə - Hadisə
- 29 Noyabr 2013 09:20
- 4 389
Elşad Abdullayevin daha bir adamı həbs olundu
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib.
Polisdən həmçinin bildirilib ki, A. İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A. İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil.
AzNews.az