Telefon xətti yararsız hala düşüb Telefon xətti yararsız hala düşüb

Sulutəpədə rabitə “iflic” oldu

Telefon xətti yararsız hala düşüb




Bakının Sulutəpə qəsəbəsində telefon xətti yararsız hala düşüb.

Qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, bu gün qəsəbənin böyük əksəriyyətinin telefon xətti kəsilib.

Əldə edilən məlumata görə, problemin yaranmasına səbəb qəsəbə ətrafındakı magistral yol ərazisində aparılan təmir-tikinti işləri olub. Belə ki, yerli icra qurumu yol kənarlarına daş hasar çəkilir.

Traktorçu isə hasar üçün özül qazarkən telefon və başqa kommunikasiya xəttlərini ehtiyatsızlıq edərək dağıdıb.

"AzTelekom" İstehsalat Birliyindən isə AzNews.az-a bildirilib ki, Abşeron rayon İcra Hakimiyyəti yolda abadlıq işləri həyata keçirir.

Qəza hadisəsi də iş zamanı baş verib. Hadisənin tikinti işləri aparılan zaman traktorçu tərəfindən törədildiyini təsdiq edən İcra Hakimiyyətinin bizimlə danışan əməkdaşı deyib ki, dağıdılan rabitə xətti bərpa olunur.

Ruhiyyə
AzNews.az