XIX əsrə aid tarixi mədəni sərvətin Azərbaycandan Türkiyəyə keçirilməsinin qarşısı alındı XIX əsrə aid tarixi mədəni sərvətin Azərbaycandan Türkiyəyə keçirilməsinin qarşısı alındı

Gömrükdə “Bel kəməri“ əməliyyatı...

XIX əsrə aid tarixi mədəni sərvətin Azərbaycandan Türkiyəyə keçirilməsinin qarşısı alındı


Azərbaycandan XIX əsrə aid mədəni sərvəti Türkiyəyə keçirmək istəyən qadın saxlanılıb.Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan vətəndaşı Nüşabə Nəsrullayeva gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual zamanı üzərində 7000 ABŞ dollarından başqa xarici valtyutanın və digər mütləq bəyan olunası əşyaların olmadığını elektron formada bəyan etdiyini bildirib.
Nəsrullayevanın baqajı "X-Ray" rentgen aparatından keçirilərkən isə aparatın monitorunda metaldan hazırlanmış bel kəmərinə oxşar predmetin təsviri görünüb.
Ona məxsus çamadana baxış keçirilərkən orada gömrük nəzarətinə nə yazılı, nə şifahi, nə də elektron formada bəyan edilən - XIX əsrin ikinci yarısına aid tarixi əhəmiyyət kəsb edən, mədəni sərvət hesab olunan gümüş bel kəməri və onun hissələri aşkar olunaraq, protokol əsasında götürülüb.
İş üzrə izahatında vətəndaş Nəsrullayeva həmin bel kəmərini və onun hissələrini İstanbula satış məqsədilə aparmaq istədiyini və müvafiq qanunlara yaxşı bələd olmadığı üçün bəyan etmədiyini bildirib.


AzNews.az