Hələlik Fəxrəddin Əkbərovu tapmaq mümkün olmayıb, axtarışlar davam edir Hələlik Fəxrəddin Əkbərovu tapmaq mümkün olmayıb, axtarışlar davam edir

Gəmi kapitanı itkin düşdü

Hələlik Fəxrəddin Əkbərovu tapmaq mümkün olmayıb, axtarışlar davam edir


Xəzərin Azərbaycan sektorunda gəmi kapitanı itkin düşüb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Hadisə dünən "Bahar" neft yatağı yaxınlığında baş verib.


Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb. Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik onu tapmaq mümkün olmayıb. Hazırda kapitanın tapılması istiqamətində axtarışlar davam etdirilir.


AzNews.az