Gömrük rəisinin saxlanması ilə bağlı Rəsmi məlumat

Sədərək Gömrük İdarəsinin rəisinin Türkiyədə saxlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyindən daxil olan məlumatda bildirilir ki, Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib:

"2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür".(trend)