- Köhnə - Hadisə
- 21 Dekabr 2013 20:43
- 3 660
36 yaşlı qadın doğuş zamanı ölüb

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ölən qadın əslən Ağdam rayon sakini olan, hazırda Bakıda yaşayan 1977-ci il təvəllüdlü Əsgərova Gülmirə Bəxtiyar qızıdır.
Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anası gilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib. Saat 17-18 radələrində qadın zəngin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı zəngin qanaxmadan həyatını itirib.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, qadına hamilə qalmaq qadağan olunub.
AzNews.az