- Köhnə - Hadisə
- 23 Dekabr 2013 09:01
- 2 832
Ana və oğlunu maşın vurdu; ana öldü

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Küçədə 10 yaşlı oğlu ilə yolu keçmək istəyən, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Ziyafət Babayeva Göygöl rayon sakini, İsa Mustafayevin idarə etdiyi "QAZ 31" markalı avtomobil tərəfindən vurulub. Qadın Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun oğlu, 2003-cü il təvəllüdlü Sərxan Məmmədovun isə vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.(apa)