Bakıda it parçalayan qadının qollarını kəsdilər– Yenilənib

Bakı şəhərində it parçalayan qadın ömürlük şikəst olub. İki gün əvvəl kinoloq işləyən qızının saxladığı "pitbul" cinsindən olan itin parçaladığı 87 yaşlı Suğra Eldarovanın hər iki qolu çiyindən aşağı amputasiya olunub.

Lent.az-ın məlumatına görə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan milli.az-a bildirilib ki, it qadının hər iki qolunun sümüyünü qoparıbmış və yumşaq toxumalarını zədələyib. Kifayət qədər yaşı olan qadının qollarını bərpa etmək mümkün olmayıb. Əməliyyatdan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, S.Eldarovanın kinoloq işləyən qızı evdə qonşunun "pitbul" cinsindən olan itini bəsləyirmiş. Evə qayıdan zaman isə anasını qan içərisində huşsuz vəziyyətdə görüb. Qadın ölümcül vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Zərərçəkmiş qadının ailəsi isə itin sahibinin onlara heç bir yardım etməməsindən şikayətlənir.

***
25.12.2013

Bakı şəhərində it saxlayanları qorxuya salacaq hadisə baş verib. Evdə bəslənən it yaşlı qadını parçalayıb.

AzNews.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, 87 yaşlı Suğra Eldarovanı evində qızının saxladığı it ölümcül hala salıb.

S. Eldarovanın kinoloq işləyən qızı evdə qonşunun "pitbul" cinsindən olan itini bəsləyirmiş. Evə qayıdan zaman isə anasını qan içərisində huşsuz vəziyyətdə görüb. Qadın ölümcül vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

İnstitutun direktoru Vaqif Verdiyev bildirib ki, S. Eldarovanın durumu ağırdır. İt onun hər iki qolunu parçalayıb, sümüklərini qırıb, bütün bədənini isə didib. Baş həkimin sözlərinə görə, S. Eldarovanın qolları amputasiya olunacaq.

AzNews.az