Anar Məmmədli həbsdə qaldı

Dekabrın 25-də Nəsimi Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Vəkil Elçin Sadıqov "Media forum" saytına deyib ki, prosesə hakim Rəşid Səmədov sədrlik edib: "Vəsatətimiz təmin olunmadı. Bu qərardan apellyasiya şikayəti verəcəyik".

Anar Məmmədli dekabrın 16-da tutulub. O, iqtisadi cinayətlərdə ittiham olunur.

AzNews.az