Mənzildə köməksiz qalmış uşaq xilas edilib

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin eyvanına xüsusi alət və avadanlıqlardan istifadə edərək binanın damından enərək içəri daxil olub. Mənzildə köməksiz və kimsəsiz vəziyyətdə qalmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Aznews.az