Təqsirləndirilən şəxs qandalı qıraraq qaçdı- Yenilənib


Bakıda qandalını qırıb qaçan şəxs tutulub.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü İbrahim Məmmədli bir saat əvvəl Nərimanov rayonu Dərnəgül qəsəbəsində saxlanılıb.

***
12:01

Bakıda təqsirləndirilən şəxs polis idarəsindən qaçıb.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, qaçan şəxs oğurluq törətməkdə təqsirli bilinərək tutulan, 1994-cü il təvəllüdlü İbrahim Nadir oğlu Məmmədlidir. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçıb.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. (apa)