Sürücüləri ölü halda 3 maşın tapıldı


AzNews.az Vesti saytına istinadən xəbər verir ki, Stavropolda gecə sürücüləri ölmüş 3 maşın müəyyən olunub.

Ölumlərin səbəbi hələ ki, aydınlaşdırılmayıb.
Birinci maşın Tambukan gölü ətrafında tapılıb.
Kirov rayonu ərazisində isə içərisində sürücüləri ölmüş vəziyyətdə əlavə 2 maşın müəyyən edilib.
Xəbər verildiyinə görə ölənlər yerli sakinlərdir, onlar şəxsi daşıma işləri ilə məşğul olublar.
Müstəntiqlər hadisələrin baş vermə səbəbləri barədə iş aparırlar.

Əli
AzNews.az