- Köhnə - Hadisə
- 28 Yanvar 2014 11:57
- 2 289
Goranboydakı avtoqəza ilə bağlı Rəsmi məlumat
AzNews.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Səfikürd kəndinin ərazisində kənd sakinləri Tural Sarıyevin idarə etdiyi "VAZ-2106", Fuad Sarıyevin idarə etdiyi "VAZ-21063", Aşağı Ağcakənd qəsəbə sakini Vəli Miriyevin idarə etdiyi "Shacman" və Balakürd kənd sakini Nicat Zeynalovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub.
Tural Sarıyevin sərnişini - Səfikürd kənd sakini Turanə Yusifova və N.Zeynalovun sərnişini, azyaşlı qızı Nəzrin xəstəxanaya yerləşdiriliblər. Nəzrin yanvarın 27-də orada ölüb.
AzNews.az