İsmayıllı rayonunun kəndinə təbii qaz verildi

İsmayıllı rayonunun Diyallı kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 388 abonenti olan Diyallı kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 28 118 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 388 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzNews.az