“Zaminbank“la bağlı cinayət işi başlandı

Bakı şəhər sakini Həsən Talıblının "Zaminbank" ASC-nin Cənub filialında yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Araşdırmalarla ASC-nin Cənub filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək H.Talıblının həmin filialdakı depozit hesabından 45.0 min manat məbləğində vəsaitin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə məxaric olunaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az