DİN 3 şirkəti pul ödəməyə məcbur etdi- Hesabat

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi 2013-cü ilin hesabatını açıqlayıb.


İdarədən AzNews.az-a verilən məlumata görə, məcburi əmək cinayət faktlarının, xüsusən uşaqların istismarı hallarının müəyyən edilməsi məqsədilə respublikanın 18 rayon və şəhərində, 31 kənd təsərrüfatı, 4 sənaye müəssisəsində və 8 yol-tikinti işində 44 dəfə monitorinq aparılıb.

Ötən il 27 nəfər Türkiyə və 27 nəfər Azərbaycan vətəndaşına 3 şirkət tərəfindən 55.199 ABŞ dolları və 33.584 manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

İdarənin "Qаynаr хətt" telefon хidmətinə ötən il müхtəlif məsələlərlə bаğlı 13 804 məlumаt dахil оlub, оnlаrdаn 26-sı insаn аlvеrindən zərər çəkməsi еhtimаl оlunаn şəхslər bаrədə, 550-si хаricdə işə düzəlmə, 501-i isə хаricdə təhsil аlmа, 335-i хаrici vətəndаşlа nikаh bаğlаmа, 12 392 məlumаt isə digər məsələlərlə əlаqədаr оlub. Zəng еtmiş аbоnеntlərə müvаfiq məsləhətlər vеrilib.

Amid
AzNews.az