Xalq artisti ağır əməliyyat keçirdi - Son dəqiqə


"Hazırda Ramiz Məlik əməliyyat masasındadır".


Bunu AzNews.az-a Xalq artistinin həyat yoldaşı Tamilla Məlik bildirib.

Onun sözlərinə görə, aktyorun vəziyyəti ağırdır: "Ramiz ağır bir əməliyyat keçirdi. Əməliyyat hardasa 2 saata yaxın çəkdi. Hazırda tikiş işləri aparılır. Hələ ki, vəziyyəti ağırdır. Allah kömək olsun".

Xatırladaq ki, R.Məlik Mərkəzi Neftçilər Xəstəxanasında böyrəyindən əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az