Şaxtalı hava şəraiti müşahidə ediləcək

Azərbaycan ərazisində gecə saatlarında şaxtalı hava şəraiti sabah da müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək. Axşam havanın tutulacağı, gecəyə doğru az yağıntılı olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 8-də gün ərzində hava yağmursuz keçəcək. Lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


AzNews.az