Cənub rayonlarında üç xanım da başçı müavini oldu

Üç Cənub rayonunun İcra Hakimiyyəti başçısına yeni xanım müavinlər təyin edilib.

"Axar.az" bildirir ki, həmin rayonlar Masallı, Biləsuvar və Cəlilabaddır. Masallı rayonunda başçının humanitar məsələlər üzrə müavini vəzifəsinə Gülşən Seyfulla qızı Xəlilova təyin edilib. Bu haqda xanımın özü məlumat verib.

1981-ci il təvəllüdlü Gülşən Xəlilova Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin məzunu olub. 10 il Masallıda orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildən isə rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb.

Bu günlərdə isə həmin şöbənin rəhbəri və başçının müavini təyin olunub. G.Xəlilovadan öncə bu vəzifəni Nəsir Muxtarlı icra edib.

Son məlumata görə, dünən Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Xəyalə Nazim qızı Qəmbərova təyin edilib.

Buna qədər o, Bakıda yaşayıb, müəllim işləyib və seçki komissiyasında çalışıb.

Cəlilabadda isə Dürdanə Rafiq qızı Əliyeva həmin şöbəyə rəhbər gətirilib.

Qeyd edək ki, xanımların rəhbər vəzifəyə gətirilməsi Prezident Administrasiyasının göstərişinə əsasən həyata keçirilir.

AzNews.az