- Köhnə - Hadisə
- 14 Fevral 2014 16:39
- 3 937
Azərbaycanlının bağırsağından narkotik çıxdı

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Nazim Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanından (düzbağırsağından) 1 ədəd bağlamada, xalis çəkisi 12,77 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 3,52 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az