- Köhnə - Hadisə
- 17 Fevral 2014 10:37
- 3 839
Avtomobil divara çırpıldı: bir ailənin üç üzvü yaralandı
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-sı saat 21:00 radələrində, Sabunçu rayonu E.Mehdiyev küçəsində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Abbas Abdulla oğlu Mirzəliyevin idarə etdiyi "Nissan" markalı avtomobil divara çırpılıb.
Nəticədə A.Mirzəliyev, sərnişinləri qızı 2001-ci il təvəllüdlü Bəyim, oğlu 2002-ci il təvəllüdlü Nəcəf xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib, anası 1954-cü il təvəllüdlü Balaxanım hadisə yerində ölüb.
AzNews.az