- Köhnə - Hadisə
- 21 Fevral 2014 22:11
- 4 248
Bir gündə 9 yanğın - Şəkidə

ANS PRESS-in məlumatına görə, yanğın hadisəsinin 7-si rayonun Öyrət, Vərəcət, Qırxbulaq, Biləcik, Baltalı, Daşüst kəndlərində, 2-si isə dağətəyi ərazilərində baş verib. Ümumilikdə 5 min kvadrat metr əraziyə ziyan dəyib.
Hazırda isə Qırxbulaq kəndində baş verən yanğını söndürmək mümkün olmayıb. Hadisə yerinə 10 yanğınsöndürən maşın və 30 canlı qüvvə cəlb edilib.
Hava küləkli olduğu üçün yanğını söndürməkdə çətinliklər yaradıb. Artıq Qax rayonundan əlavə yanğınsöndürən maşınlar cəlb edilib.
AzNews.az