Sumqayıtda intihara cəhd

Sumqayıt şəhərində bir qadının intihar etməsinin qarşısı alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olub ki, 1974-cü il təvəllüdlü qadın dördmərtəbəli binanın sonuncu mərtəbəsinin eyvanından özünü aşağı atmaq niyyətindədir.

Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb, digər xilasedicilər yaranmış əlverişli şəraitdən istifadə edərək mənzilin qapısını açmış və qadını tutaraq intihara cəhd qarşısını alıblar.

Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 14:30-da başa çatıb.

AzNews.az