18 yaşlı oğlan avtobusda bıçaqlanıb

Bakıda 18 yaşlı oğlan bıçaqlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 18 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda qeydə alınıb.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bayramov Rahim Tofiq oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi 18 yaşlı Əmrah İlham oğlu Qaracazadəni bıçaqlayıb.

İ. Qaracazadə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən R. Bayramov tutulub.

Faktla bağlı araşdırma aparılır.



AzNews.az