- Köhnə - Hadisə
- 26 Fevral 2014 11:42
- 3 565
Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisində yanğın

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sexdə meydana gəlib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
AzNews.az