Erməni diversant geri qaytarıldı- Yenilənib

"Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin bu gün ölkəsinə təhvil verilməsi nəzərdə tutulur".

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir.

Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.(13.51)

***

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviç bu gün saat 14:00 radələrində ölkəsinə təhvil verilib. Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Ş.Sayılov ibldirib ki, Xocayan Mamika Tiqranoviç Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə Ermənistan tərəfinə verilib.

Qeyd edək ki, yanvarın 28-də mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən saxlanılıb.

AzNews.az