- Köhnə - Hadisə
- 13 Mart 2014 10:13
- 2 501
Bakıda evin zirzəmisindən insan sümükləri tapıldı

Ev sahibi mənzilini təmir etdirərkən zirzəmidə qazıntı işləri aparılıb. Bu zaman təxminən 2 metr dərinlikdən insan sümükləri çıxıb. Dərhal hüquq-mühafizə orqanlarına məsələ ilə bağlı məlumat verilib.
Sümüklərin kimə məxsus olması, ölən şəxsin hansı səbəbdə zirzəmidə basdırılması, eləcə də həmin şəxsin hansı səbəbdən və nə zaman ölməsi araşdırılır. Müvafiq ekspertizalar təyin edilib.(lent.az)