- Köhnə - Hadisə
- 13 Mart 2014 19:49
- 2 880
Suraxanıda üçmərtəbəli ev yanıb

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 200 kv.m olan üçmərtəbəli evdə baş verib. Nəticədə, evin mansardının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az