- Köhnə - Hadisə
- 14 Mart 2014 08:49
- 2 839
Cəbhədə gərginlik davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az