Bakıda iki qadını intihara aparan səbəb

Hüquq mühafizə orqanlarından AzNews.az –a verilən məlumata görə, Binəqədi rayonu sakini 28 yaşlı Leyla Cəfərzadə və Sabunçu rayon Maştağa qəsəbə sakini İlahə Adilova intihar məqsədilə yüksək dozada dərman qəbul ediblər. Hər iki qadının vəziyyəti ağır olduğundan yaxınları tərəfindən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilib.

Stansiyadan isə bildirilib ki, martın 24-də Cəfərzadə Leyla saat 21:39-da, Adilova İlahə iə bağlı 21:40-da çağırış olub. Hər iki qadının vəziyyəti ağır olduğundan onlar, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Tokisikologiya bölməsinə yerləşdirilib.
Hər iki hadisə ilə bağlı polis araşdırma aparır.

Amid
AzNews.az