- Köhnə - Hadisə
- 25 Mart 2014 20:44
- 2 694
Ucarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub

Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, bu Ağdam rayon sakini 59 yaşlı Cabbarova Həqiqət Şükür qızıdır. Qeyd edək ki, hadisə bu gün 14:30 radələrində Bakı – Qazax yolunun 218 - ci kilometrliyinin Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. İki "Mercedes" və bir benzin daşıyan yük maşının toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralıların ikisinin vəziyyətinin ağır, digər üçünün vəziyyətini isə orta – ağır kimi qiymətləndirirlər.
AzNews.az