Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyyə olundu

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 10 ədəd elektrik sayğacı və 5 poqon metr çıxış kabeli yanıb.

Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az