- Köhnə - Hadisə
- 1 Aprel 2014 13:55
- 3 142
Daha bir yeraltı piyada keçidinin inşasına başlanıldı
P.Mürsəliyev deyib ki, hazırda hasarlanan ərazinin çox hissəsində qazıntı işləri aparılıb: "Yaxın bir neçə gündən sonra beton işlərinə və paralel olaraq kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılacaq".
O, qeyd edib ki, piyada keçidində müasir işıqlandırma sistemi, gün ərzində piyadaların hərəkətini izləyəcək kameralar, əlillər üçün xüsusi pilləkən, yağış sularının kənarlaşdırılması üçün nasosxana, hər tərəfdə biri olmaqla iki eskalator quraşdırılacaq.
P.Mürsəliyev əlavə edib ki, piyada keçidi iki giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 120, eni 6, hündürlüyü isə 3 metr olacaq.
AzNews.az