Ağcabədidə ev yanıb

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, yanğın rayonun Hindarx qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağında ev əşyaları 40 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az