Yük qatarındakı yanğınla bağlı RƏSMİ məlumat

Hacıqabul Dəmiryolu Stansiyasında yük qatarının tərkibindəki yükü məişət soyuducuları olan 4 vaqonda yanğın baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 3-də saat 04 radələrində Hacıqabul Dəmiryolu Stansiyasının ərazisində Gürcüstandan Türkmənistana gedən yük qatarının tərkibindəki yükü məişət soyuducuları olan 4 vaqonda yanğın baş verib.

Nəticədə vaqonların və içərisində olan yükün yanar konstruksiyaları yanıb. Yanğın saat 07 radələrində söndürülüb.

AzNews.az