Bakıda avtoqəza: iki nəfər yaralandı- FOTO

Bakının Xətai rayonu, Babək prospektində sürücülərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın xəbərinə görə, prospektlə hərəkət edən "99 DK 960" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə "90 MT 253" nömrəli "Opel" markalı maşın toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Zərbənin təsirindən "Opel"in motor hissəsində yanğın başlayıb. Ətrafdakıların köməyi ilə yanğın söndürülüb.

Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsindən bildirilib ki, qəzaya "Opel" markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün etməməsi səbəb olub.

Qeyd edək ki, qəza nəticəsində müxtəlif bədən xəsarəti alan hər iki avtomobilinin sürücüsü 3 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Eyni zamanda qəza ilə bağlı Babək prospektində tıxac meydana gəlib. Hadisə yerinə cəlb olunan yol patrul xidmətinin əməkdaşları qəza törədən hər iki avtomobili evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdıraraq yolu açıblar.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

AzNews.az